Gədəbəyədə avtomobil yolu keçən piyadanın həyatına son qoyub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kiçik Qaramurad kəndində baş verib.
Hərəkətdə olan KIA markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü yeniyetmə oğlanı vurur.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu