Xaçmazın Yergüc kəndində meyiti tapılan qadının qəsdən öldürüldüyü məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, meyiti tapılan qadın 66 yaşlı Səfurə Əlişah qızı Balacayevadır.
Onun ilkin olaraq baş nahiyəsinə balta ilə vurularaq qətlə yetirildiyi ehtimal edilir.
*** 23:30
Xaçmazda evdə qadın meyiti aşkarlanıb.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb.
Meyiti aşkarlanan orta yaşlı qadının şəxsiyyəti müəyyənləşdirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu