Alman deputat Florian Han Kiyevə ukraynalı qaçqınlara çağırış vərəqələrinin paylanmasında kömək etməyi təklif edib. O, Almaniyada hərbi xidmətə görə məsuliyyət daşıyan ukraynalı qaçqınlara ödənişlərin dərhal dayandırılması ilə bağlı çağırış edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Berliner Zeitung” yazır.
Deputat hesab edir ki, Berlin bu kateqoriyadan olan vətəndaşlara ödənişləri dayandırmaqla yanaşı, Kiyevə çağırış vərəqəsinin verilməsinə kömək etməlidir.
Onun fikrincə, Almaniya öz pullarını səfərbərlikdən gizlənənlərə xərcləməməlidir.
Bizim.Media