Doğma yurduna 31 il əvvəl ailəsini xilas etmiş “QAZ-69”la qayıdacaq – FOTO/VİDEO

30 illik Vətən həsrəti başa çatıb. Torpaqlarımız erməni işğalından azad edildikdən sonra bərpa-quruculuq işlərinə start verilib. İndi insanlar mərhələli şəkildə doğma el-obasına qayıdır.

Bizim.Media "azərtac"a istinadən xəbər verir ki, ata-baba yurduna dönmək arzusu ilə yaşayanlar sırasında kəlbəcərlilər də var. 31 il əvvəl Kəlbəcərdən məcburi köçkün düşən Məhərrəm Rzayev də onlardan biridir.

Bizi gülər-üz, səmimiyyətlə qarşılayır Məhərrəm dayı. Söhbət zamanı onları erməni vandallarından xilas edən məşhur “QAZ-69” avtomobilini hələ də qoruyub saxladığını öyrənirik.
Avtomobilin dövlət nömrə nişanı diqqətimizi cəlb edir. 32 BH 102… Deyir ki, Kəlbəcərə elə onunla da qayıdacaq. O günü səbirsizliklə gözləyir. Ona görə də hər gün avtomobili sazlayır, tozunu təmizləyir.

Bu avtomobil Məhərrəm dayıya ata yadigarıdır. 1953-cü il istehsalı olan avtomobil ailənin xilaskarıdır desək, yanılmarıq. Ona görə avtomobil göz bəbəyi kimi qorunur.

“Qarlı, boranlı, çovğunlu günlər idi. Daha erməni vandallarının zülmlərinə tab gətirə bilmirdik. Beləcə 14 nəfər bu maşınla yola çıxdıq. Onların da 5-i körpə uşaq idi. Ağla gəlməyən yollarla üç gün yol qət eləyib, nəhayət Ağdama çatdıq. Bir sözlə, bizi bu maşın xilas elədi. Bu maşın bizi erməni caynağından qurtardı. Elə o vaxtdan mən bu maşını həm ata yadigarı kimi, həm də ailə üzvümüzün biri kimi əzizləyirəm, qoruyuram, saxlayıram” – deyir Məhərrəm dayı.

Ötən ildən başlayaraq Məhərrəm Rzayev “QAZ-69” üçün qoşqu vasitəsi - karavan da hazırlayıb, Baş Polis İdarəsindən rəsmi sənəd belə alıb. Bu layihə də onun özünə məxsusdur.

Məramı ilə maraqlandıqda bildirdi ki, o, arıçılıqla da məşğuldur və ötən ili Kəlbəcərdə keçirib. Geri dönən kimi karavan düzəltmək üçün qollarını çırmayıb. Bir ildən çox vaxt sərf edərək, əla bir iş ərsəyə gətirib. Yaxın aylarda ailəsi ilə yola çıxacaq.

Həyətdə “QAZ-69”-la yanaşı, Məhərrəm dayının nəvəsinin minik maşınını görəndə və balaca Mübarizin bacısı Nurayla öz maşınını silib-təmizləməsini müşahidə edəndə maraq bizə üstün gəldi. Yeri gəlmişkən, Məhərrəm Rzayev nəvəsinə Milli Qəhrəman Mübariz İbrahimovun adını verib.

Balaca Mübariz bildirir ki, o da hər gün babası ilə həyətə düşür və maşınını təmizləyir. Babası ilə birgə Kəlbəcərə gedəcəyi günü gözləyir. Ailənin digər nəvəsi Nuray baba və nənəsindən Kəlbəcər haqqında məlumatlar toplayıb. O da ata-baba yurdunu görmək istəyir. Nurayı dinlədikcə əmin olursan ki, o, azyaşlı olmasına baxmayaraq, həqiqətən görmədiyi doğma yurda həvəslə qayıtmaq arzusundadır.
Babaları kimi gələcəyimiz olan bu balacaların da ata yurduna bağlılığını görəndə insan qəlbən sevinir, qürur duyur. Sevinirsən ki, insanlar hansı yaşda olmasına baxmayaraq yurduna, torpağına bağlıdır, qurub-yaratmaq eşqi ilə yaşayır.

Məhərrəm dayı və nəvələri ilə sağollaşırıq. Kəlbəcərdə görüşmək ümidi ilə...
 









Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

End of content

No more pages to load

RADİO