Lənkəranın "Ləvəngi Dairəsi" ərazisində, həyətyani sahənin birində Raccoon "Amerika Yenotu" aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, heyvanın həyətə, ümumiyyətlə Lənkərana necə gəlməsi ev sahibinin marağına səbəb olub.
Ev sahibi heyvanı həyətdən uzaqlaşdıraraq, meşəlik sahəyə buraxıb. Ev sahibi deyir ki, bir müddət əvvəl həyətlərində iynəli kirpiyə də rast gəliblər.

Bizim.Media, Cənub bürosu