ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və İordaniya Krallığının Hərbi Hava Qüvvələri martın 20-də Qəzzanın şimalına birgə humanitar yardım göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə yardım davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə lazımi dəstəyi təmin etmək üçün həyata keçirilib.
Yardım paketində düyü, un, süd, makaron və konservlər də daxil olmaqla 2,7 tona yaxın ərzaq yer alıb.
Bizim.Media