Naxçıvanın Təhsil Nazirliyi şagirdin döyülməsi məsələsinə aydınlıq gətirdi

Şahbuz rayonunun Sələsüz kənd tam orta məktəbində şagirdin müəllimlər tərəfindən döyülməsi ilə bağlı yayımlanan məlumat həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Şahbuz rayon Sələsüz kənd tam orta məktəbinin 7-ci sinfində oxuyan qızın döyülməsi və təhqir olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatdan dərhal sonra rayon Təhsil şöbəsinin əməkdaşları həmin məktəbdə gediblər və məktəbin təlim-təlim tərbiyə işləri üzrə direktor müavini Sahilə Həsənovanın, təşkilatçı İlahə Hüseynovanın və uşaq birliyi təşkilatının rəhbəri Çiçək Novruzovanın izahatları alınıb. Məlum olub ki, tənəffüs vaxtı iki şagird arasında sadəcə mübahisə olub. Şagirdə qarşı müəllimlər tərəfindən təzyiq göstərilməyib, baş vermiş mübahisə ilə bağlı məktəbin vəzifəli şəxsləri tərəfindən onlarla fərdi söhbətlər aparılıb. Döyüldüyü iddia edilən şagirdin atası Əfqan Hüseynov və sahə müvəkkili də məktəbə dəvət olunub. Aydın olub ki, şagirdin valideyninin mətbuatda yayılan məlumatdan xəbəri olmayıb. Xəbəri olmadan ailəsi haqqında yalan məlumat yazıldığını bildirən valideyn bundan məyus olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası Ombudsmanının, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Şahbuz Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları da məktəbə gedərək şagirdlə görüşüblər. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı həqiqətəuyğun olmayan məlumat yayan tərəflərin araşdırılması aparılır.
Qeyd edək ki, şagirdlər və onların valideynləri arasında hər hansı narazılıq və ya qarşılıqlı şikayət yoxdur.

“İctimaiyyəti məlumatlandırmaq istəyirik ki, təsdiqlənməmiş bu tipli məlumatlara inanmasınlar. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məktəblərdə tədrisin təşkilinə, nizam-intizam qaydalarına xüsusi həssaslıqla yanaşır.

Hər hansı xoşagəlməz hal olduqda pedaqoji yanaşmanı əsas almaqla qanunvericiliyə uyğun olaraq tədbirlər görür.

İki şagird arasında olan mübahisənin həqiqətə uyğun olmayan əlavələrlə yayımlanması peşəkar jurnalistika etikasına ziddir. Bu tipli hallar cəmiyyətdə məktəbə və müəllimə inamsızlıq formalaşdırmağa xidmət edir”, - deyə nazirliyin cavabında bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

End of content

No more pages to load

RADİO