“TikTok” Azərbaycan seqmentində yeni şərtlərlə bağlı məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.
“Yeni şərtlərlə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir”, - şirkətdən deyilib.
Xatırladaq ki, Azərbaycanda “TikTok”a qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə olacağı barədə informasiya yayılmışdı. Bildirilmişdi ki, milli dəyərlərimizə zidd olan videolar, canlı yayımlar bloklanacaq.
Həmçinin, özünü normal apara bilməyən yayımçılar nəzarətə götürüləcək.
Bundan başqa, hesaba oturan jetonlar rəsmi qaydada, vergi ödəməklə birbaşa banklardan çıxarılacaq.
Bizim.Media