Hazırda paytaxtın mərkəzi küçə və prospektləri də daxil olmaqla, Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda yollarda sıxlıq müşahidə olunmur.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya bildirilib ki, gücləndirilmiş iş rejimində çalışan əməkdaşlar müşahidə kameraları vasitəsilə yollardakı vəziyyəti nəzarət altında saxlayırlar.
Yol-nəqliyyat hadisələri və texniki nasaz nəqliyyat vasitələrinin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlər görüləcək.
Bizim.Media