Çin Avrasiyada və TransXəzər bölgəsində mühüm amilə ÇEVRİLİR - ANALİZ

2023-cü ilin yanvar-oktyabr aylarında Avrasiya regionunun Çin ilə ticarət dövriyyəsinin həcmi 16% artaraq 277 milyard dollara çatıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən il Avrasiya regionu (EAEU ölkələri, Tacikistan və Özbəkistan) Çinlə ticarətini yenidən əhəmiyyətli dərəcədə artırmağa nail olub. 

Çin – Rusiya: Qarşılıqlı ticarətdə ciddi artım

Təkcə 2022-ci ildə bu ölkələrin Çinlə ticarət əlaqəsinin ümumi həcmi 267 milyard dollar təşkil edib. 

“Kommersant.ru”nun məlumatına əsasən, bu gəlirin böyük hissəsi Rusiya ilə əlaqələrdən təmin olunub. Rəsmi Kreml sanksiyalar səbəbindən itirdiklərini Çindən əldə ediyi təchizatla əvəz edib. 

2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 26% artaraq 240 milyard dollara çatıb. 2022-ci ildə isə bu, 190 milyard dollar olub. 

AİB: Çinlə ticarətin genişlənməsi üçün böyük maraq var

Avropa İnvestisiya Bankının (AİB) son hesabatında göstərilir ki, Çinlə ticarətin genişlənməsi böyük bir bölgədə nəqliyyat və logistika marşrutunun yenidən qurulması üçün mühüm bir vasitəyə çevrilib. 

“Burada da əsas söhbət Mərkəzi Avrasiya dəhlizindən və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan gedir. Rusiya, Çin, İran, Hindistan, Türkiyə, Azərbaycan, Pakistan, Avropa ölkələri və ABŞ kimi bütün əsas oyunçular həmin xətlərin inkişafına maraq göstərirlər” – deyə hesabatda qeyd edilir.

Bildirək ki, BVF və Dünya Bankının analitikləri də marşrutların inkişafına yatırılan investisiyaların həcminin artırılmasının vacibliyini qeyd edirlər.

AİB vurğulayır ki, hazırda Qazaxıstan bölgənin Çinlə ticarət dövriyyəsindəki artımda əsas benefisiar kimi qalmaqdadır. Belə ki, 2023-cü ilin 11 ayı ərzində tranzit daşımaları 19% artaraq 24,8 milyon tona çatıb.  

Çin - Azərbaycan münasibətlərində də müsbət dinamika var

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin 2023-cü il üzrə hesabatında, Çin Azərbaycanın da ticarət dövriyyəsində ilk dördlükdə yer tutduğu qeyd edilib. Belə ki, bu dövrdə qarşılıqlı ticarət əlaqələrinin ümumi həcmi 2 milyard 574 302 milyon dollar olub ki, bunun da ümumi dövriyyəyə nisbəti 5.92 faiz təşkil edib. 2022-ci ildə bu dövriyyənin həcmi 1 milyard 745 860 milyon dollar olub. Burdan da aydın olur ki, 1 illik dövriyyədə 828 milyon 743 min dollarlıq və ya 47.5 faizlik artım baş verib.

Hesabat dövründə Azərbaycandan Çinə ixrac 39.7% artaraq 73 milyon 696 min dollara, Çindən Azərbaycana ixrac isə 47.7% artaraq 2 milyard 500.6 milyon dollara bərabər olub.

Ötən ilin on ayında Azərbaycandan Çinə 27.1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib və Azərbaycanın ümumi ixracının 0,25%-i, idxalının isə 17.64%-i Çinin payına düşüb.  

Vurğulayaq cari ildə də Çin - Azərbaycan ticarət əlaqələrində müsbət dinamika müşahidə olunur. Belə ki, cari ilin ilk iki ayı ərzində qarşılıqlı ticarət dövriyyəsinin ümumi həcmi 483 milyon 282 min dollar, ötən ilin eyni dövründə isə 400 milyon 963 min dollar dəyərində olub. Burdan da aydın olur ki, bir il ərzində 82 milyon 319 min dollar və ya  17.03 faiz çoxdur. 

Cəmi iki aydakı müsbət dinamika göstərir ki, cari ilin sonuna qədər qarşılıqlı dövriyyənin həcmi daha da artacaq. Bu da dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması deməkdir.

Çin və Azərbaycan üçün eyni maraq: “Orta Dəhliz”

Bəlli məsələdir ki, hazırda Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır. Rəsmi Bakının həyata keçirdiyi nəqliyyat-logistika və tranzit daşıma layihələrinin, eləcə də ölkəmizdən keçən tranzit xətləri, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Çindən Avropaya və geriyə daşınan yüklər üçün ən qısa və səmərəli nəqliyyat marşrutları formalaşdırıb. 

Son illər isə Çin tranzit və nəqliyyat şirkətləri tərəfindən Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutan Orta dəhlizə marağı getdikcə artmaqdadır. Bu da Azərbaycanın əhəmiyyətini daha da artırır.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Komitə sədrindən Konstitusiya dəyişikliyi ilə bağlı AÇIQLAMA

Komitə sədrindən Konstitusiya dəyişikliyi ilə bağlı AÇIQLAMA

Göygöldə DAVA: Qayınata gəlinini balta ilə vurdu

Göygöldə DAVA: Qayınata gəlinini balta ilə vurdu

Köhnə qitədə XAOS BAŞLADI – Avropanın xilası üçün bircə yol QALIR...

Köhnə qitədə XAOS BAŞLADI – Avropanın xilası üçün bircə yol QALIR...

Xaçmazda yol kənarından kişi MEYİTİ tapıldı

Xaçmazda yol kənarından kişi MEYİTİ tapıldı

“Qarabağ”ın rəqibi səfərdə məğlub oldu – VİDEO

“Qarabağ”ın rəqibi səfərdə məğlub oldu – VİDEO

Xınalıq məktəbində təmir işləri YEKUNLAŞIR - FOTO

Xınalıq məktəbində təmir işləri YEKUNLAŞIR - FOTO

Buraxılış imtahanlarının proqramları AÇIQLANDI

Buraxılış imtahanlarının proqramları AÇIQLANDI

Şair Əlisəmid Kürün SON VƏZİYYƏTİ

Şair Əlisəmid Kürün SON VƏZİYYƏTİ

Hüquqi şəxslər avtomobillərə görə əmlak vergisindən NECƏ YAYINIR? - Anar Bayramovdan AÇIQLAMA

Hüquqi şəxslər avtomobillərə görə əmlak vergisindən NECƏ YAYINIR? - Anar Bayramovdan AÇIQLAMA

“Kontakt” 28 Mall-a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA

“Kontakt” 28 Mall-a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA

"Formula 2": Bakıda sərbəst yürüş BAŞLADI

"Formula 2": Bakıda sərbəst yürüş BAŞLADI

804 magistr ödənişsiz təhsil alacaq – RƏSMİ

804 magistr ödənişsiz təhsil alacaq – RƏSMİ

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Hansı universitetlərdə dərslər 4 gün OLACAQ? - Rəsmi AÇIQLAMA

Hansı universitetlərdə dərslər 4 gün OLACAQ? - Rəsmi AÇIQLAMA

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

End of content

No more pages to load

RADİO