Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qahirədə baş verən qatar qəzasında çoxsaylı insan ölümünə görə misirli həmkarına başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirin rəsmi tvitter səhifəsində qeyd edilib.
“Qahirənin şimalında bir çox insanın həlak olması və yaralanması ilə nəticələnən qatar qəzası ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığımızı çatdırır, yaralılara isə tezliklə sağalmalarını arzu edirik”, - o vurğulayıb.
Bizim.Media