Azərbaycanın “ASAN Viza” sistemi Pakistan vətəndaşları üçün viza müraciəti prosesini sadələşdirir.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Məlumata görə, üç mərhələli proses onlayn müraciəti, təhlükəsiz şəkildə ödəniş edilməsini və elektron vizanın yüklənməsini əhatə edir:
“Sistem ərizəçilər üçün səmərəliliyi və rahatlığı artırmaq üçün nəzərdə tutulub. Adi e-Viza üçün dövlət rüsumunun məbləği 26 ABŞ dolları, təcili elektron viza üçün isə 61 ABŞ dolları təşkil edir. Adi vizanın baxılma müddəti üç iş günü, təcili viza üçün isə üç saatdır. Bu təşəbbüs Pakistan vətəndaşlarına Azərbaycanın zəngin tarixini və müxtəlif mənzərələrini araşdırmaq imkanı verir", - deyə məlumatda qeyd edilib.
Bizim.Media