Müğənni Elnur Məmmədov ikinci övladı Muhammed ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi oğlu ilə çəkdiyi fotolarını sosial şəbəkə hesabında yayımlayaraq onun 40 gününün tamam olduğunu yazıb.
"Bu gün Muhammedimin 40 günü tamam oldu. İki bayramı birgə qeyd edirik. Novruz bayramınız mübarək", - deyə Elnur bildirib.
Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu "Günün sədası" səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb. Ötən il isə E.Məmmədovun İnam adlı oğlu dünyaya gəlib. 40 gün öncə isə Elnur ikinci dəfə ata olub.
Rəşad Əliyev, Bizim.Media