“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask depressiyadan əziyyət çəkdiyini və buna qarşı dərman qəbul etdiyini etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə Mask özünü sosial şəbəkə hesabında açıqlama verib.
“Bəzən beynimdə depressiya kimi bir növ mənfi kimyəvi vəziyyət olur, deyəsən. Dərman isə insana pis əhval-ruhiyyənin öhdəsindən gəlməyə kömək edir”.
Milyarderin fikrincə, bunun günahkarı “genetik” meyldir.
Mask bildirib ki, dərman qəbul etmək onun şirkətlərinə və onların dövlət müqavilələrinə heç bir şəkildə təsir etmir.
Bizim.Media