Bakıda taksi qiymətləri bahalaşıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir.
Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər.
Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşkil edir.
Tıxaca səbəb isə bayramla əlaqədar nəqliyyat axınının artması göstərilir.
Bizim.Media