Finlandiya Sərhəd Mühafizəsi Rusiyadan keçməklə ölkəyə qanunsuz girişi təşkil etməkdə 35 nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" telekanalı məlumat yayıb.
Məlumata görə, şübhəlilər arasında İraq, Suriya və Rusiya vətəndaşları da var.
Qeyd edilib ki, 2023-cü ilin avqustundan sərhədlərin bağlanmasına qədər ölkəyə 1300 sığınacaq axtaran şəxs gəlib.
Bizim.Media