“Aparıcılar var ki, zamanında daha nümunəvi, mədəni verilişlər aparıblar. Amma onların verilişlərinə baxan olmayıb, maaşları da az olub”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamasında bildirib.
Sənətçi iddia edib ki, elə aparıcı var ki, çalışdığı kanaldan 10 min manat məvacib alır:
“İndi adam tanıyıram ki, səhər verilişi aparır. 10 min manat maaş alır, hələ sponsorlardan faizlər də qazanır. Reytinqlərdə də birinci yerdədir. Verilişinə də ən çox “qıjı”lar gəlir. Əcəb edir, camaat pul qazanmalıdır. Deməli, siz ona baxırsınız. Heç görmədim ki, Mədəniyyət kanalında, ya da digər kanallarda normal verilişə milyonlarla baxış gəlsin, reytinq qazansın. Günahkar özümüzük, heç kimi günahkar etməyək. İçimizdə “qıjı”lıq, zövzqsüzlük var”.