ABŞ administrasiyası Vladimir Putini prezident seçkilərində qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel keçirdiyi mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçki bülletenlərinin 100 faizinin sayıldığını açıqlayıb. Belə ki, Vladimir Putin - 87,28% səs toplayıb.
Ölkədə keçirilən prezident seçkilərinin yekun nəticəsi martın 21-i açıqlanacaq.
Bizim.Media