Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) işçilərinin sayı 32-yə çatdırılıb.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, qurumun yeni əməkhaqqıfondu da 53 min 365 manat müəyyənləşdirilib.
Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
BMTM-in bundan əvvəl işçilərinin sayı 20, əməkhaqqı fondu isə 38 min 547 manat olub.
Bizim.Media