2010-cu ildə Azərbaycanı “Drip-drop” mahnısı ilə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə Türkiyənin məşhur aktrisası Məryəm Üzerli ilə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, ifaçı İstanbulda lüks markaların birində görüşdüyü an aktrisa ilə çəkdiyi fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Safura sözügedən paylaşıma "ürək" işarəsini yazaraq Üzerlinin sosial şəbəkə səhifəsini ora əlavə edib.
Rəşad Əliyev, Bizim.Media