Müğənni Sevda Yahyayeva qızı Ayla ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi övladının bibisigildə Novruz şirniyyatı hazırlanan zamanı xəmiri ilə oynadığı görüntülərini paylaşıb.
Fotolarda Ayla əlinə oxlov alaraq xəmiri masanın üzərində yayıb.
Yahyayeva qızının bu məharətinə "Ayla bibisigildə... Novruz hazırlığı..." qısa şərhini yazıb.
Qeyd edək ki, Sevda həkim - genetik Zakir Bayramovla ailəlidir. O, Ayladan sonra bu ilin yanvar ayında ikinci dəfə ana olub. Cütlük dünyaya gələn qız körpəsinə Aida adını veriblər.
Rəşad Əliyev, Bizim.Media