Şəmkirdə qohumlar arasında dava qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaracəmilli kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü E.Heydərov aralarında yaranmış mübahisə zəminində qaynı, 1993-cü il təvəllüdlü R.Hüseynliyə bıçaq zərbələri endirib.
31 yaşlı zərərçəkən bədəninin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirib. Hüquq mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən E. Heydərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu