Türkiyədə yaşayıb orada modellik karyerasını uğurla davam etdirən Günay Musayeva Şri-Lanka tətilində çəkilən yeni fotolarını üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, səyahət zamanı podium ulduzu ada dövlətinin simvollarından sayılan əhliləşdirilmiş nəhəng hind filləri ilə şəkillər çəkdirib.
Həmin fotoları isə Musayeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Filləri yemləyən Günay onlardan birinin üzərinə çıxıb.
Qeyd edək ki, bir müddət əvvəl Günay Musayeva Meksikaya və Afrikanın Tanzaniya şəhərinə istirahətə yollanmışdı.
Rəşad Əliyev, Bizim.Media