Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində baş verib. Rayonun Muxax kənd sakini Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. M. Ömərov tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində partlayıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media