Belçika milisinin və "Roma"nın futbolçusu Romelu Lukaku Asiyadan təklif alıb.
Bizim.Media xəbər verir ki, hücumçunun xidmətində Səudiyyə Ərəbistanının aparıcı klublarından biri maraqlıdır.
30 yaşlı forvardın icarədə olduğu İtaliya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 2026-cı ilin yayına qədər "Çelsi"yə məxsus olan Romelu İngiltərəyə qayıtmaq istəmir.
Adı açıqlanmayan ərəb klubu da bu durumdan yararlanaraq onu heyətinə qatmağı planlaşdırır. Qeyd edək ki, cari mövsümdə 36 matça çıxan Lukaku 18 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media