Çinin məşhur “TikTok” sosial platforması İtaliyada 10 milyon avro cərimələnib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Rəqabətə Nəzarət Təşkilatı platformanı paylaşımların məzmununa nəzarət etməməkdə və uşaqların həyatına risk yaratmaqda ittiham edib.
Belə ki, təşkilat sosial şəbəkədə yayılan məlumatların məzmununa nəzarətin qeyri-adekvat olduğunu idda edib ki, bu da uşaqların fizioloji və psixi inkişafına mənfi təsir göstərir.
Bizim.Media