“Rusiya Prezidenti Vladimir Putinin imperiya planları Ukraynadan çox-çox kənara çıxır. O hesab edir ki, gec-tez Ukraynanın silahı tükənəcək və Kiyev beynəlxalq dəstəyi itirəcək, amma yanılır”.
Bizim.Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok brifinqdə çıxışı zamanı deyib.
“Əgər ukraynalılar Putini ölkənin şərqinə müdaxilə etməkdən dayandırmasa, o zaman müharibə qapımızın ağzına gələcək, Baltikyanı və Polşalı dostlarımız bunu bizə dönə-dönə xatırladırlar. Odur ki, Ukraynaya dəstəyin azalması müharibəni bizə yaxınlaşdıracaq”.
Bizim.Media