ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden məhkəmə qarşısına çıxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbə yazır ki, məhkəmə iyunun 3-də keçiriləcək. ABŞ prokurorları ona qarşı silah saxlamaqla bağlı cinayət ittihamı irəli sürüblər.
Bayden həmçinin narkotik vasitə qəbul etmədiyi barədə yalan yazılı məlumat verdiyi və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozduğuna görə də ittiham edilir.
İttihamlara əsasən, Bayden 25 ilə qədər həbs edilə bilər.
Bizim.Media