“Rusiya Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransda dəvət olunsa belə, iştirak etməyəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik keçirdiyi brifinqdə deyib.
“İsveçrədə Ukrayna ilə bağlı konfrans Kopenhagen formatında ilkin olaraq özlərini gözdən salan görüşlərin davamıdır”, - deyə Zaxarova bildirib.
O qeyd edib ki, İsveçrə müxtəlif sülhməramlı səylər üçün platforma rolunu oynaya bilməz, çünki bu, Bernin itirdiyi neytral statusu qəbul edir.
Bizim.Media