Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin bir qrupu yol qəzası keçirib.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnak rayonunda baş verib.
Qəza nəticəsində bir polis əməkdaşı həlak olub, ikisi polis olmaqla, üç nəfər isə yaralanıb.
Ərdoğan baş vermiş qəza ilə bağlı başsağlığı verib:
“Şırnak səfərimizdən sonra yol qəzasında həyatını itirən polis məmurumuz Fırat Dereyə Allahdan rəhmət, yaralanan məmurlarımıza şəfa diləyirəm”.
Bizim.Media