Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılışı olub – FOTO/VİDEO 

Ölkəmizin öz sahəsində böyük müəssisələrindən biri olan Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılış mərasimi keçirilib. 

Bizim.Media “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, Venta şirkətinin əməkdaşlıq etdiyi kommersiya təşkilatlarının vəzifəli şəxsləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə mərasim iştirakçılarına şirkətin fəaliyyəti və məqsədi barədə geniş məlumat verilib. 

Qeyd edilib ki, şirkət ilk dəfə olaraq fəaliyyətə 2012-ci ildə başlayıb. Amma sonradan fəaliyyətini dayandırıb. 2023-cü ildə fəaliyyətini bərpa edən şirkət hazırda ölkəmizdə işsizliyin aradan qaldırılmasına, vətəndaşların məşğulluq səviyyəsinin artırılmasına və peşə fəaliyyətlərinin inkişafına öz töhfəsini verir.  

Bildirilib ki, hər ay 300-dən çox vətəndaş Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzində müvafiq peşələrə tam ödənişsiz yiyələnərək işlə təmin olunurlar.  

Tədbirdə qeyd edilib ki, şirkətin əsas məqsədi mütəxəssisləri arzuladıqları işi tapmaqda köməklik göstərmək, eyni zamanda ölkədə işsizliyin aradan qaldırılması istiqamətində dövlətə dəstək göstərməkdir.  

Diqqətə çatdırılıb ki, şirkətin fəaliyyəti dövründə yaradılan xüsusi proqram vasitəsilə minlərlə vətəndaşın CV-si bazada qeydiyyata alınıb. İş axtaranlar aktiv vakansiyalarla mütəmadi olaraq təmin olunduğu üçün CV bazası da daima yenilənir.  

Daha sonra şirkətin maddi texniki bazasına baxış keçirilib. Tədbir iştirakçıları ən son avadanlıqlarla təhciz edilmiş təlim otaqları, gözləmə zalları, qəbul və digər yardımçı otaqlarla tanış olublar. 

Vurğulanıb ki, Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzi vətəndaşlara xidmət zamanı ən son yeniliklərdən istifadə edir. Şirkətin daxili sistemi vasitəsi ilə vətəndaşların CV-ləri bazaya daxil edilir, CV-si bazaya daxil edilmiş vətəndaşlar ixtisaslı kadr kimi formalaşmaları üçün avtonom sistemlə təlimlərə cəlb edilir. Təlimləri uğurla başa vuran vətəndaşlar isə işlə təmin olunurlar.  

Diqqətə çatdırılıb ki, ixtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədi ilə təşkil edilən peşə yönümlü təlimlər nəzəri və praktiki hissədən ibarət olmaqla aparılır.  

Mərasimdə qonaqlara hazırda tədris olunan təlimlər barədə də məlumat verilib. 

Qeyd edilbi ki, hazırda qeydiyyatçı, aşpaz, sürücü, xarici dil, nəzarətçi, dayə, İT, qənnadçı, şirniyyatçı, ofisiant, otel xadiməsi, Çağrı Mərkəzi üzrə operator, kompüterlərin təmiri və xidməti üzrə texnik, ilkin tibbi yardım, SƏTƏM, HR, satış, mühasib, çörəkçi, təchizat üzrə agent, xəzinədar, SMM, konfrans və tədbir təşkilatçısı və s. təlimlər tədris edilir.  

Təlimlərin sonunda iştirakçılar sertifikat ilə təmin edilir və müvafiq vakansiya üzrə namizəd şirkətə müsahibəyə yönləndirilir.  

Müsahibə şirkətin 100-dən çox ixtisaslaşmış mütəxəssisi tərəfindən mərhələli şəkildə aparılır.  
“Ehtiyyat Kadrlarının İdarə Edilməsi” Departamentin mütəxəssisləri iş axtarışının vakansiyaya uyğunluğunu yoxlayaraq digər departamentə yönləndirir.  

Müvafiq vakansiya üzrə seçilmiş namizəd “Kadrların Təyinatı və Göndərişlər” Departamentinin mütəxəssisləri tərəfindən şirkətə müsahibəyə göndərilir. 

Yüzlərlə şirkətlə əməkdaşlıq edən “Venta Təlim Tədris və İşlə Təmin Mərkəzinin” mərhələli müsahibələr keçirməkdə məqsədi həmin şirkətləri ehtiyacı olan kadrlarla təmin etməkdə tərəfdaşlarının məmnunluğunu qazanmaqdan ibarətdir. 
Sonra qonaqlar şirkətdə yaradılmış şəraitlə bağlı razılıqlarını bildirərək ölkəmizdə işsizliyin aradan qaldırılmasına verdiyi töhfəyə görə Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.  

Tədbir daha sonra qeyri-rəsmi hissə ilə davam edib. 

Qeyd edək ki, Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin baş ofisi Sabunçu rayonu Bəşir Bünyadov 5X ünvanında yerləşir. 
 







Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

End of content

No more pages to load

RADİO