Paşinyanın KTMT MÜƏMMASI – Nikol rus ordusunu ölkədən çıxarmaq istəyir, yoxsa…

Paşinyan xeyli müddət siyasətdə olsa da hələ də püxtələşməyib. Məhz yetkin siyasətçi olmaması səbəbi ilə o tez-tez çətin duruma düşür, bir müddət əvvəl söylədiklərini danmaq məcburiyyətində qalır. Erməni baş nazirin ən böyük nöqsanı odur ki, o çıxışlarını reallıqlar üzərində yox, auditoriyadakı  atmosferə uyğun qurur. 

Dünən “ağ” deyirdi, bu gün “qara”

Məsələn, o bu yaxınlarda Fransa səfərində elə bəyanatlar verdi ki, düşünmək olardı ki, Paşinyan artıq “kəfəni geyinib”. Amma martın 12-də İrəvanda keçirdiyi mətbuat konfransında Paşinyan 180 dərəcə dəyişdi. Parisdə bəyan etdiklərini açıq şəkildə inkar etdi. Məsələn, Paşinyan Parisdə demişdi ki, “KTMT Ermənistan üçün artıq keçmişdə qalıb”.

Amma martın 12-də tamam başqa fikirlər səslədirdi. Bildirdi ki, biz hazırda sözügedən təşkilat üzrə tərəfdaşlarımızdan KTMT-nin Ermənistanda məsuliyyət zonasının nədən ibarət olması barədə suala cavab vermələrini gözləyirik:

““KTMT İrəvan tərəfindən qaldırılan suallara cavab verməsə, Ermənistan təşkilatı tərk edəcək”. Amma Paşinyan nə zaman KTMT-dən çıxacaqlarını deməyib.

Nikol yuxu görür, yoxsa yalan danışır?

Fransadakı çıxışlarında Azərbaycana qarşı aqressiv fikirlər səsləndirən Paşinyan son mətbuat konfransında çox mülayim danışıb. Məsələn, o bildirib ki, sülh sazişi imzalandıqdan sonra Bakı və İrəvanın beynəlxalq məhkəmələrdən bir-birinə qarşı iddialarını geri götürə biləcəyini istisna etmir.

Baş nazirin son fikirlərində diqqət çəkən məqamlardan biri də Qarabağla bağlı səsləndirdiyi fikirlərdir. Nəzərə alaq ki, Parisdə olarkən o Qarabağla bağlı bəzi sərsəm fikirlər səsləndirmişdi. Hətta ermənilərin Qarabağa qayıdacağı xülyasından da danışmışdı. Amma 12 mart tədbirində bu məsələyə toxunulmadı. Dediklərindən də belə məlum oldu ki, Qarabağ məsələsi rəsmi İrəvan üçün qapadılmış mövzudur.

Jurnalistlərdən biri ona xatırladıb ki, bir müddət əvvəl Qarabağda seşkilərin keçirilməsindən danışıb. Hətta seçki kampaniyası zamanı Paşinyan “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinə nail olacağına” söz verib, Hadrut və Şuşanın “geri qaytarılması”ndan da danışıb.

Nikol Paşinyansa deyib ki, o, artıq növbədənkənar seçkilərə ehtiyac görmür.:

“İndi vəziyyət kökündən dəyişib”. 

Göründüyü kimi, erməni baş nazirində siyasi iradə yoxdur. 

O bu gün dediklərini, ertəsi gün çox asanlıqla dana bilir. Yaxud həmin məsələnin üstündən sükutla keçir. Bu keyfiyyətlər təbii ki, Paşinyanın qeyri-ciddiliyindən xəbər verir. O bəzən harada olduğunu və nə danışdığını unudur. 

Nə yazıq ki, Paşinyanın bu tip hərəkətlərini onun komandası siyasi manevr kimi təqdim etməyə çalışır. Siyasi manevrin məqsəd və məramı olur. Amma bu gün Paşinyanın çıxışlarındakı sərsəm fikirlərin nəyə xidmət etdiyini aydınlaşdırmaq mümkün deyil. 

O sadəcə qulağa xoş gələn sözləri söyləməklə işini bitmiş hesab edir. Amma erməni baş nazir unudur ki, onun hər sözü, hər fikri Ermənistan dövlətinin və xalqının mövqeyi kimi qəbul edilir. Ona görə də siyasi lider hər bir açıqlamasının məsuliyyətini dərk etməlidir. 

Məsələn Paşinyan 10 gün əvvəl bəyan etmişdi ki, Zvartnots hava limanındakı rus hərbçiləri ən qısa zamanda oradan çıxarılacaq. Amma 12 mart mətbuat konfransında erməni baş nazir bildirdi ki, rusların hava limanından çıxışı ən tezi avqust ayında ola bilər.

Niyə məhz avqust ayı?

Nəzərə alaq ki, Ermənistan hər il dövlət büdcəsinin xərclərini ödəmək üçün Rusiyadan külli miqdarda vəsait alırdı. Lakin ötən il Rusiya bəlli səbəblər üzündən bu yardımı etmədi. Ona görə də Paşinyan Rusiya ilə körpüləri yandırmaq qərarına gəldi. Onun bütün hay-küyünə və təhdidlərinə rəğmən Rusiya Ermənistana yardım etmədi. 

Paşinyanın rus hərbçilərin Zvartnots hava limanından avqust ayında çıxarılacağı fikri də bu mənada təsadüfi deyil. Çünki avqust-sentyabr aylarında Ermənistanda dövlət büdcəsinin layihəsi hazırlanır. Paşinyan da məsələni avqust ayına qədər ona görə uzadır ki, görsün Rusiya “daşı ətəyindən töküb” Ermənistana yardım edir, ya yox.

Bəlkə də bu, Paşinyanın erməni xarakterindən irəli gəlir. Məlumdur ki, ermənilər dilənməyə, yardım almağa aludədirlər. Tarix boyu ermənilər heç zaman müstəqil olmayıb, müstəqil hərəkət etməyiblər. Son 200 ildə ermənilər ruslara sığınıblar. Bunun hesabına da dövlətçilik qazanıblar. Üstəlik, bu dövləti rusların hesabına ayaqda saxlayıblar. Amma bu gün ermənilər daha ruslara lazım deyil. 

Ona görə də Rusiya Ermənistan dövlətinə yardımı qismən dayandırıb. 

Bundan qorxuya düşən Paşinyan iqtidarı da başlayıb sağa-sola ağız açmağa. Çünki Fransa və digər Qərb dövlətləri Ermənistana nə qədər “qorxma-qorxma” desələr də ortada real dəstək yoxdur. Ona görə də Paşinyan və onun komandası nə edəcəyini bilmir, kimə gəldi hücum etmək istəyir. Siyasi yetkinliyi və siyasi iradəsi olmaması səbəbindən Paşinyan höküməti çox zaman “qaş düzəltmək əvəzinə göz çıxardır”.

Ona görə də Ermənistan bu “siyasət”lə çox uzağa gedə bilməz. Artıq elə bir zaman gəlib ki, hər kəs öz ayağı üstündə dayanmaq zərurəti yaranıb. Əgər Ermənistan yaxın illərdə öz ayağı üstündə dayana bilməsə, onda bir dövlət kimi dünya xəritəsindən silinib gedəcək. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

End of content

No more pages to load

RADİO