Paşinyan eks-müdafiə naziri ilə yazışmalarını paylaşdı - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan öz sosial şəbəkə hesabında ölkənin keçmiş müdafiə naziri Arşak Karapetyanla 2021-ci ildəki yazışmalarını paylaşıb.

Bizim.Media xəbər verir ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında A.Karapetyanın 2021-ci ildə Azərbaycan qoşunlarının Ermənistan istiqamətində hərəkəti haqda ona məlumat vermədiyini bildirib. O, keçmiş müdafiə nazirini heç bir tədbir görməməkdə ittiham edib və bu halda onu öz vəzifəsində saxlamağın mümkün olmadığını qeyd edib. 

Baş nazirin bu ittihamlarından sonra Karapetyan videomüraciət yayaraq 2021-ci il noyabrın 14-ü Dubayda olduğunu və orada vacib görüşdə iştirak etdiyini vurğulayıb. Sözügedən görüşdə tərəflər arasında zərbə dronları da daxil olmaqla, silah tədarükü məsələsinin müzakirə edilməsi planlaşdırılırdı. 

Paşinyan isə sabiq nazirin bu açıqlamasından sonra ittihamlarına sübut olaraq öz TikTok hesabında Karapetyanla 2021-ci ildə vatsap üzərindən həyata keçirdiyi yazışmaları əks etdirən qısa video paylaşıb. 

Videoya əsasən, Karapetyan 2021-ci il noyabrın 14-ü səhər saatlarında Paşinyana səsli mesaj göndərərək sərhəddə hər şeyin qaydasında olduğunu bildirib. Həmin gün saat 16:12-də isə Paşinyan Karapetyana mesaj yazaraq onun harada olduğunu soruşub. Lakin o, mesajına cavab almayıb. Baş nazir yarım saat sonra yenidən Karapetyana yazaraq onu məsuliyyətsizlikdə ittiham edib və məsələni aydınlaşdırmağı tələb edib: “Biz ciddi söhbət aparmalıyıq. Siz ictimai olaraq izahat verməlisiniz. Nə baş verib?”.

“İki variant mövcuddur. O dövrdə müdafiə naziri olan Arşak Karapetyan ya məsələdən xəbərsiz idi, ya da mənə məlumat verməyib. Bu cür hallarda heç kimi bu vəzifədə hətta yarım saat saxlamaram”, - deyə Paşinyan yaydığı videoda qeyd edib. 

Qeyd edək ki, sözügedən hadisədən bir gün sonra - 2021-ci il noyabrın 15-i Ermənistanın o dövrdəki Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın təklifi əsasında A.Karapetyanı vəzifəsindən azad edib O, 2021-ci il avqustun 3-ü həmin vəzifəyə təyin edilmişdi.
Xatırladaq ki, 2021-ci ilin noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.  




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

End of content

No more pages to load

RADİO