2010-cu ildə Azərbaycanı “Drip-drop” mahnısı ilə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə ailəsi ilə bağlı yeni paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı, iş adamı Fərhad Əliyevlə birgə gəzinti zamanı İstanbulda çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Safuranın bu ailəvi paylaşımına şou-biznesin bir sıra məşhur simaları xoş şərhlər yazıblar.
Qeyd edək ki, S.Əlizadə ailəsi ilə birgə uzun müddətdir Türkiyənin İstanbul şəhərində yaşayır.
Rəşad Əliyev, Bizim.Media