Rusiya Prezidenti Vladimir Putinin ölkısində prezident seçkilərindən sonra Türkiyəyə səfəri gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində xarici səfirlər qarşısında çıxışında deyib.
Ərdoğan bildirib ki, Türkiyə Qara dənizdə hər iki qonşusu Rusiya və Ukrayna ilə dialoqu davam etdirir:
“Seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcəyik”.
Bizim.Media