Tbilisi ölkənin üçüncü prezidenti Mixail Saakaşvilinin komandasında işləyən və hazırda Ukrayna ərazisində olan iki nəfərin ekstradisiyasını tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin bəyanatında deyilir.
Bildirilib ki, söhbət Ukrayna Baş Prokurorunun müşaviri Zurab Adeişvili və Ukrayna Əks-Kəşfiyyat Xidmətinin rəhbərinin müavini Georgi Lortkipanidzedən gedir.
“Ümid edirik ki, Ukrayna hakimiyyəti Gürcüstan və Ukrayna, gürcü və ukrayna xalqları arasında dostluq ruhuna birbaşa zidd olan qərarlara yenidən baxacaq. İlk növbədə, münasibətləri tənzimləmək üçün Ukrayna hakimiyyəti üçün hazırda Ukrayna hökumətində yüksək vəzifə tutan cinayətkarların Gürcüstana köçürülməsi vacib və zəruridir”, - deyə bəyanatda qeyd edilib.
Bizim.Media