Bacısının gəlini: “Oğlunun ölümünü Şəfiqə Axundovaya 5 il sonra dedik” – VİDEO 

“Şəfiqə Axundova kimi ana, qadın və bəstəkar yox idi. O çox gözəl və mehriban bir insan idi. Şəfiqə xanım televizora baxıb orada kiminsə mahnısını dinləyəndə deyirdi ki, onlar çıxıb gedəcəklər, mən isə tarixdə qalacağam. Həqiqətən də elə oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti, mərhum Şəfiqə Axundovanın bacısının gəlini Svetlana Nəzərli “O üz” verilişinə müsahibəsində deyib. 

Sənətkarın bacısının gəlini ilk dəfə Şəfiqə xanımla həyat yoldaşının ayrılmasının səbəblərini açıqlayıb: 

“Şəfiqə xanım bəstəkar kimi xoşbəxt olsa da, qadın və ana kimi xoşbəxt olmayıb. Şəfiqə xanımın həyat yoldaşı işdən evə qayıdanda görürdü ki, çox adam var və o, opera yazır. Yemək olmadığı üçün papağını sakitçə götürüb çıxıb getdi. Dedi ki, bizimki alınmaz. Həyat yoldaşı Şəfiqə xanım tərəfindən qayğı və diqqət görməmişdi. Şəfiqə xanım özünü incəsənətə qurban verdi”. 

Svetlana xanım bildirib ki, 5 il Şəfiqə xanımdan onun ruhi xəstə olan oğlu Talehin ölümünü gizlədiblər: 

“O, oğlu Talehi ruhi dispanserə qoyduğu zaman çox aqressiv olmuşdu. O zamanlar Taleh kliniki ölüm keçirmişdi. Kliniki ölümdən ayılan bir insanla heç kim bacara bilməzdi. O, ruhi dispanserdə vəfat etdi. Şəfiqə xanıma oğlu Talehin öldüyünü 5 il demədik. İlham Mirzəyev onu öz “Etiraf” verilişinə çağırdı. İlham orada Şəfiqə xanıma sual verdi ki, “Siz necə anasınız ki, belə yaşayırsınız?” Şəfiqə xanım bu anda çaşıb qaldı ki, bəs nə olub? Mən isə o kanalda dedim ki, siz niyə ona oğlunun ölümünü dediniz? Onlar da cavab olaraq söylədilər ki, Şəfiqə xanım əvvəl-axır bilməli idi, bildi. O sonra dedi ki, şükür Allaha ki, oğlum sağlığında dünyasını dəyişdi.

Gözüm arxada qalmadı. Bizim üçün çox çətin idi. Təsəvvür edin ki, bir otaqda oğlu Talehin dəfni idi, digər otaqda isə Şəfiqə xanım xəstə vəziyyətdə yatırdı. Müğənnilər bizim evimizə gəlmişdi. Şəfiqə xanım sual verdi ki, “Xeyir ola, bunlar hamısı gəliblər bizə”. Biz də söylədik ki, onlar səni görməyə gəliblər”. 

Mərhumun bacısı gəlini vurğulayıb ki, müğənnilər Ş.Axundovanın mahnılarını oxusalar da, məzarına baş çəkmirlər: 

“Bəlkə də Şəfiqə xanımın məzarına məşhurlardan 3 nəfər gəlib ya gəlməyib. Nə deyə bilərəm? Şəfiqə xanımın dəfnindən sonra Gülyaz və Gülyanaq Məmmədova bacıları və Arif Səlimov məzarına baş çəkiblər. Başqa müğənnilər olmayıb. Müğənnilərin çoxusuna Şəfiqə xanım təmənnasız mahnılar verib. Heç bir zaman da onlardan heç nə ummayıb. Şəfiqə xanım Şərqin ilk operetta yazan bəstəkardır”. 
Qeyd edək ki, Şəfiqə Axundova 2013-cü ilin iyulun 26-da müalicə olunduğu 1 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib. 89 yaşlı Xalq artisti uzun müdddətdir ürək xəstəliyindən əziyyət çəkib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

End of content

No more pages to load

RADİO