Səhiyyə Nazirliyindən Ramazan ayı ilə bağlı MÜRACİƏT 

Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir. İstilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib. 

Onun sözlərinə görə, bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir.

Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir: 

"Bütün günü ac qalmaq qanda şəkər balansını pozur. Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar. 

Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər. 

Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir. Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar. Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər". 

Bildirilib ki, Ramazanda günün uzanması və gecələrin qısalması ilə aclıq müddəti də uzanır: 

"Bu dövrdə qan şəkəri aclıq səbəbindən düşdüyü üçün gün ərzində yorğunluq yarana bilər. Bu səbəbdən imsak yeməyi vacibdir. İmsak zamanı asan həzm olunan tərəvəz yeməkləri və çox yağlı olmayan şorbalara üstünlük verilə bilər. Xüsusilə gün ərzində aclıq problemi yaşayanlar imsakda həddindən artıq yağlı və duzlu yeməklərdən uzaq durmalıdırlar. 

Uzun müddətli orucdan sonra iftarda 20 dəqiqədən sonra toxluq hissi yaradan hormonlar ifraz edildiyi və çox yemək istəyi aradan qalxddığı üçün yemək tez istehlak edilməməlidir. Artıq miqdarda və sürətli yemək sağlamlıq problemlərinə səbəb ola bilər. 
İftar süfrəsində ilk növbədə şorba, tərəvəz və salat olmalıdır. Həddindən artıq yağlı qidalara üstünlük verilməməlidir. Belə qidalar istehlak edilərsə, onların miqdarı minimal olmalıdır. Ramazan ayında qaynadılmış və sobada bişmiş yeməklərə üstünlük verilməlidir. Qızardılmış qidalardan uzaq durmaq lazımdır. 

İftardan sonra hərəkətsizliyə və yatmağa vaxt sərf etmək əvəzinə, gəzinti kimi yüngül məşqlər edilməlidir. Ramazan ayında pəhriz dəyişikliyi və maye qəbulunun olmaması səbəbindən qəbizlik yarana bilər. Bu səbəblə lifi yüksək olan qidaların istehlakına diqqət yetirilməlidir". 

Terapevt qeyd edib ki, uzun müddət aclığa səbəb olan oruc, kalori qəbulunu məhdudlaşdıraraq və maddələr mübadiləsini sürətləndirərək, bədəndəki yağ yandırma prosesini dəstəkləyir: 

"Bundan əlavə, oruc tutmaq orqanizmin uzun müddət ac qalması nəticəsində insulin müqavimətini və qan şəkərini azaltmağa kömək edir. İnsulin müqavimətinin azaldılması həm də qlükozanın qandan hüceyrələrə daha səmərəli şəkildə daşınmasına imkan verir. Bədəni yeniləyən oruc, bu təsiri sayəsində immunitet sistemini gücləndirir və insanı xəstəliklərə qarşı daha möhkəm edir. 

Normalda çox işləyən və yorulan həzm və bağırsaq sistemləri oruc sayəsində fasilə vermə şansı qazanır. Bu baxımdan oruc tutmaqla mədə və bağırsaqların istirahətinə icazə verə bilərsiniz. Eyni zamanda, oruc sinir hüceyrələrinin yenilənməsinə töhfə verməklə beyin sağlamlığını və idrak funksiyalarını yaxşılaşdırmağa kömək edir. Uzun müddət ac qalmaq hüceyrələrin yenilənməsin sürətləndirir və dəri hüceyrələri bu prosesdə yenilənib canlanır və güc qazanır. 

Oruc tutmaq qan təzyiqi, xolesterin və trigliserid səviyyələrini azaltmağa kömək edir, bununla da ürək sağlamlığının qorunmasında böyük rol oynayır. 
Orucun fiziki faydaları ilə yanaşı, psixoloji faydaları da var. Oruc tutmaq insanın iradəsini və səbrini təkmilləşdirməklə yanaşı, həm də insana özünü idarə etmək həvəsi aşılayır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saç boyası qızı tanınmaz hala saldı - başının forması dəyişdi - FOTO

Saç boyası qızı tanınmaz hala saldı - başının forması dəyişdi - FOTO

Ukraynadakı münaqişəni 90 gün ərzində başa çatdırmaq mümkündür - ABŞ maliyyə naziri şərti açıqladı

Ukraynadakı münaqişəni 90 gün ərzində başa çatdırmaq mümkündür - ABŞ maliyyə naziri şərti açıqladı

Məleykə Abbaszadə: “İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir”

Məleykə Abbaszadə: “İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir”

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

BU TARİXDƏ ilin son Günəş tutulması baş verəcək

BU TARİXDƏ ilin son Günəş tutulması baş verəcək

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi - 15 nəfər yaralandı

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi - 15 nəfər yaralandı

Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO

Vüsal Əliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Vüsal Əliyev yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Zakir Qaralov uzun müddət sonra görüntüləndi - Foto

Zakir Qaralov uzun müddət sonra görüntüləndi - Foto

XI sinif üzrə buraxılış imtahanlarında YENİ TEST MODELİ tətbiq ediləcək

XI sinif üzrə buraxılış imtahanlarında YENİ TEST MODELİ tətbiq ediləcək

III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin SAYI

III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin SAYI

Ən çox bu ixtisas üzrə xaricdə oxuyanların DİPLOMU TANINMAYIB

Ən çox bu ixtisas üzrə xaricdə oxuyanların DİPLOMU TANINMAYIB

Cəbrayıl–Zəngilan–Ağbənd yolunda hansı işlər görülüb? –FOTO

Cəbrayıl–Zəngilan–Ağbənd yolunda hansı işlər görülüb? –FOTO

DİQQƏT! Bu rayonda işıq olmayacaq

DİQQƏT! Bu rayonda işıq olmayacaq

Macarıstan Ukrayna ilə buna görə yola getmir – Gərginliyin TARİXİ KÖKLƏRİ

Macarıstan Ukrayna ilə buna görə yola getmir – Gərginliyin TARİXİ KÖKLƏRİ

Xarici diplomların 14 faizi TANINMAYIB - TKTA sədri

Xarici diplomların 14 faizi TANINMAYIB - TKTA sədri

Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA

Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA

Bir vaxtlar “Zenit”də oynayan ukraynalı futbolçu Rusiya klubunu təhqir etdi - VİDEO

Bir vaxtlar “Zenit”də oynayan ukraynalı futbolçu Rusiya klubunu təhqir etdi - VİDEO

Bakının mərkəzindəki gecə klubu bağlandı – VİDEO

Bakının mərkəzindəki gecə klubu bağlandı – VİDEO

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxsləri MƏHKƏMƏ QARŞISINDA

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxsləri MƏHKƏMƏ QARŞISINDA

Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirildi - FOTO

Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirildi - FOTO

ŞOK: Ukraynanı dəstəkləyən Rotarunun oğlu Rusiyada vergi ödəyir

ŞOK: Ukraynanı dəstəkləyən Rotarunun oğlu Rusiyada vergi ödəyir

End of content

No more pages to load

RADİO