Azərbaycan yığmasının futbolçusu Musa Qurbanlının heyətində çıxış etdiyi “Yurqorden” İsveç kubokunda növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, onun komandası 1/4 final çərçivəsində “Deqerfors”u qəbul edib.
Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 1-ci hissəsində qol vurulmasa da, fasilədən sonra Musanın komandası 3 dəfə fərqlənib və yarımfinala vəsiqə qazanıb. Görüşdə Qurbanlı meydana çıxmayıb.
Qeyd edək ki, “Yurqorden” yarım finalda AİK-lə üz-üzə gələcək.
Oyun martın 17-də baş tutacaq
Rəşad Rafiqoğlu, Bizim.Media