Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Sergey Şaptala keçmiş baş komandan Valeri Zalujnının ardınca hərbi xidmətdən uzaqlaşdırılıb.
Məlumata görə, S.Şaptala Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı kimi hərbi həkim komissiyasından keçərkən xidmətə yararsız elan edilib.
Bizim.Media