Bu yay Bakıda keçiriləcək “Dream Fest” beynəlxalq musiqi festivalında Xalq artisti Aygün Kazımova səhnəyə çıxacaq.
Bizim.Media xəbər verir ki, sözügedən möhtəşəm tədbirin bağlanış mərasimində, yəni iyulun 28-də pop diva çıxış edəcək.
Xəzərin sahilində Kazımova hit olan mahnıları və super şousu ilə musiqisevərlərin görüşünə gələcək.
Qeyd edək ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən “Dream Fest” iyulun 23-dən 28-nə kimi olacaq. Festival çərçivəsində bir çox xarici və yerli müğənnilər konsert verəcəklər.
Rəşad Əliyev, Bizim.Media