“Bizimləsən” ictimai-sosial verilişində gözlənilməz hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, Leyla adında bir qadın üzünü maska altında gizlədərək sözügedən proqramın efirinə gəlib və üzləşdiyi problemlə bağlı yardım istəyib.
Studiyada əyləşən həm ekspertlər, həm də qonaqlar Leyladan üzünə taxdığı maskanı çıxarmasını istəyiblər. Verilişə pənah gətirən qadın isə maskanı çıxartmaq istəmədiyini bildirib.
Proqramda qonaq olan Əməkdar artist Cavanşir Məmmədov Leylanın yanında oturaraq maskanı çıxartmağı təklif edib. Qadının onun bu təklifinə qarşılıq vermədiyini gördükdə Cavanşir heç bir xəbərdarlıq etmədən qəfil Leylanın üzünə əl ataraq maskanı aşağa endirib. Bu anda qadın dərhal başını aşağa salıb və əlləri ilə üzünü tutub.
Məmmədov bildirib ki, bu addımı Leylanın razılığı əsasında edib. Lakin qadın müğənninin bu sözlərinə etiraz edib və maskasının çıxarılmasına razı olmadığını söyləyib.
Verilişin aparıcısı Zaur Baxşəliyev efir rejissorundan Leylanın üzünü “blur”lamağı xahiş edib. Qadın yenidən üzünə maska taxaraq proqramın sonuna kimi onu çıxartmayıb.
Sözügedən hadisəni sizə təqdim edirik: