“Qarabağ”ın gənc futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, qardaş ölkənin “Başakşehir” klubu hücumçunu transfer etmək istəyir.
Hazırda klubun skautları 19 yaşlı futbolçunun oyununu yaxından izləyirlər. Əgər o, mövsümün sonuna qədər özünü yenə də yaxşı tərəfdən göstərsə, “Başakşehir” keçidlə bağlı “Qarabağ”la danışıqlara başlayacaq.
Qeyd edək ki, “Braqa” ilə Bakıdakı oyunda “Qarabağ”ın mərhələ keçməsi üçün vacib qol vuran Nəriman Axundzadənin Ağdam klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media