Əməkdar artist Kübra Əliyeva mərhum həmkarı Əməkdar artist və yaxın dostu Elçin Həmidovla bağlı təsirli paylaşım edib.
Bizim.Media xəbər verir ki, aktrisa 13 il əvvəl martın 4-də ürəktutmasından evində vəfat edən sənət dostunun məzarını ziyarət edib.
K.Əliyeva paylaşımına “Allah məkanını cənnət eləsin, Elçin” şərhini yazıb.
Qeyd edək ki, Elçin Həmidov 2011-ci ildə mənzilində ölü vəziyyətdə tapılıb. O, 52 yaşında ürəktutmasından vəfat edib. Aktyor martın beşində Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Rəşad Əliyev, Bizim.Media