Azərbaycanın bədii gimnastları Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” turnirində uğurla çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya verilən xəbərə görə, Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı komanda hesabında bürünc medal qazanıblar.
Qeyd edək ki, bu gün start götürən yarışa martın 3-də yekun vurulacaq.
Bizim.Media