Erməni snayperə görə QIZIL MEDAL – “Paşinyan Rusiyaya sədaqət nümayiş etdirir”

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonu iki ölkə arasında  parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində və Azərbaycan Ordusuna qarşı vuruşan livanlı snayper Maral Nacaryanın əsirlikdən azad edilməsindəki töhfəsinə görə qızıl medalla təltif edib.

Bizim.Media xəbər verir ki, bu olay cəmiyyət və siyasətçilər arasında birmənalı qarşılanmadı.
 

MÖVZU İLƏ BAĞLI:

Fərhad Məmmədov: "Məqsəd Azərbaycanı zəiflətməkdir"


Ermənistan spikerinin bu addımının səbəbini müxtəlif formada yozanlar var. Bu səbəbdən, mövzunun görünən və gizli tərəflərini politoloq Fərhad Məmmədovla müzakirə etdik.

Politoloq bildirdi ki, Azərbaycan ictimaiyyəti Maral Nacaryanın Matviyenko ilə Sahibə Qafarovanın söhbətindən sonra buraxıldığı barədə məlumatlı idi:

“Rusiyanın qadın rəsmisinin qadın haqqında xahişi nəzərə alınaraq və xoş niyyət olaraq Azərbaycan tərəfindən bu addım atılmışdı. Bakı bununla həm də Moskvaya minnətçilik etdi ki, gələcəkdə özəl xahişlər etməsinlər. Həm də bir nəfərin buraxılması Azərbaycanda olan bütün terrorçuların azad olunmasını tam olaraq həll etmədi. Bir nəfərlə erməni terrorçular nə çoxaldı, nə də azaldı. Bu sirr və cəmiyyətdə qıcıq doğuracaq məsələ deyil. 

İkincisi, Ararat Mirzoyanın Matviyenkoya qızıl medal verməsi, yaxud onunla görüşdə bəyan etməsi ki, İrəvanda Ermənistan-Rusiya diplomatik münasibətlərinin qurulmasına həsr olunmuş abidə ucaldılacaq.

Bu, onu göstərir ki, yaxın keçmişdə qərbyönümlü sayılan Ermənistan siyasətçiləri - həm Paşinyan, həm Ararat Mirzoyan və digərləri Rusiyaya öz sədaqətini nümayiş etdirir. Ümumiyyətlə bu, Ermənistanın hazırda konyuktur (situasiyanın təsiri ilə) siyasətidir. İrəvan özünü Moskvaya daha yaxın göstərmək istəyir. 

Sual oluna bilər ki, nəyə görə Rusiya ilə diplomatik münasibətlərin qurulmasının 10, yaxud 20 illiyinə heykəl qoyulmamışdı, amma 30 illiyinə abidə hazırlanır.

Qafanda pravoslav kilsəsinin qalıqları var. Rusiyanın maliyyəsi ilə onu da indi bərpa etməyə başlayıblar. Yəni, 30 il ərzində bunu etmirdilər, birdən-birə yadlarına düşüb? Necə olur ki, 30 il ərzində faşist Njdenin heykəlləri üçün pul tapılıb, amma dağıdılmış rus pravoslav kilsəsinin bərpasına vəsait yox idi?

Bunların hamısı konyukturaya (mövcud şərtlərin məcmusuna) hesablanmış addımlardır. Guya bu, Ermənistanın mövqeyinin gücləndirilməsinə xidmət edir. 

Postkonflikt regionda Rusiyanın da müəyyən rolu var. Ancaq Azərbaycan və Türkiyənin rolu o qədər artıb ki, reallıqlar da onu göstərir ki, artıq belə addımlarla bölgədə nəyisə dəyişmək mümkün deyil”.

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Kimlər sığınacağa qəbul OLUNMUR?

Kimlər sığınacağa qəbul OLUNMUR?

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

"Neynirəm səni, pulunu GÖNDƏR"

"Neynirəm səni, pulunu GÖNDƏR"

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Bakıda 83 yaşlı kişi itkin düşdü

Bakıda 83 yaşlı kişi itkin düşdü

End of content

No more pages to load

RADİO