Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan istefa verib.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Marukyan özü məlumat verib.
“Son zamanlar bir sıra fundamental məsələlərdə yaranan fərqlər mənim xarici siyasət cəbhəsində iştirakımı mümkünsüz edir”, deyə o qeyd edib.
Marukyanın artıq istefa ərizəsini təqdim etdiyi bildirilir.
Bizim.Media