Cari ilin yanvar ayında inflyasiya 0.5 faiz, 12 aylıq inflyasiya isə 1,7 faiz həcmində olub.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq hesabatında əks olunub.
Ötən aykı inflyasiya ərzaq məhsulları, eləcə də içki və tütün məhsulları üzrə 1.1 faiz (illik 0.7 faiz), qeyri-ərzaq məhsulları və xidmətlər üzrə 0.1 faiz (illik 2.5 faiz), ayrıca qeyri-ərzaq malları üzrə 0.1 faiz (illik 1.7 faiz), ərzaq və qeyri-ərzaq malları üzrə 0.7 faiz (illik 1.0 faiz) təşkil edib.
Ötən ay sənaye məəhsullarının istehlakı qiymət indeksi 1.8 faiz (illik -0.3 faiz) səviyyəsində olub.
Kənd təsərrüfatı məhsullarının istehlakçı qiymət indeksi aylıq 0.3 faiz, illik isə 2.3 faiz olub. Ancaq heyvandarlıq üzrə inflyasiya 0.2 faiz (illik 6.9 faiz) təşkil edib.
Rövşən Ziya, Bizim.Media