"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçusu Bəhlul Mustafazadənin yayda Avropa klublarından birinə keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:
"Yazılar yazılır, mənim məlumatım yoxdur. Dəfələrlə demişəm ki, insan öz işini düzgün dəyərləndirməlidir. Gedəndən sonra 1-2 ay partlayış olur, sonra zəifləyirlər. Onların daim oynaması lazımdır.
Futbolçular olub ki, "Qarabağ"da çıxış edəndə milli komandanın əsas üzvü idilər, gedəndən sonra 10-15 dəqiqə oynayırlar.
Tək oyunçu yox, onun yaxınları da düzgün qərar qəbul etməlidir. Biz özümüz də belə hallara məsuliyyətlə yanaşmalıyıq. Çünki, onlar Azərbaycan futbolunun simalarıdırlar".
Bizim.Media