Azərbaycanla Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış "Yutong" şirkəti arasında nəqliyyat sahəsində müzakirələr aparılıb.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi "X" hesabında məlumat verib.
“"Yutong" şirkətinin nümayəndə heyəti ilə görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.
Bizim.Media